DSK əhalinin nominal gəlirlərinin artdığını, müqayisə isə azaldğını göstərir – foto

  •  
  •  
  •  
  •  

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 7 mlrd. 619,7 mln. manat təşkil edib. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Lakin, bu  DSK-nin saytında 2018-ci ilin analoji dövrünün göstəricisindən 5,1% çox olduğu göstilsə də, 2018-ci ilin eyni dövründə bu rəqəm 7 mlrd. 700,3 mln. manat idi. Bu da ötən ilin rəqəmləri müqayisə etsək, əksinə,  1,05% azalma olması deməkdir. 

Yanvar-fevral aylarında Azərbaycanda orta illik inflyasiya 1,9% təşkil edib.

DSK-nin məlumatına görə, cari ilin yanvar-fevral aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri də 4,2% artaraq – 772,2 manat təşkil etdiyi göstərilib. Lakin, burada da ötən ilki rəqəmlərlə müqayisə etdikdə artım deyil azalma olub. Belə ki, 2018-ci ilin yanvar-fevral aylarına nəzər yetirdikdə 786,4 manat olduğu görünür ki, bu reallıqda 14,2 manat daha az, yəni, 1,8% azalması olması deməkdir.

2019-CU İL ÜZRƏ CƏDVƏL

2018-Cİ İL ÜZRƏ CƏDVƏL
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 6 mlrd. 952 mln. manat qalır ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəricisindən 5,2% çoxdur.

2018-ci ildə əhalinin nominal pul gəlirləri 9,2% artıb.


  •  
  •  
  •  
  •