3 C
Baku
Monday, January 19, 2026

DSK: əhalinin gəlirləri 7.6%, qiymətlər isə 5.2% artıb

2025-ci ildə Azərbaycanda əhalinin nominal gəlirlərində artım qeydə alınıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumat yayıb.

əhalinin nominal gəlirləri 89 milyard 916.0 milyon manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 8% artım deməkdir.

Əhalinin hər nəfərinə düşən nominal gəlirləri isə 8 777.6 manat olub ki, bu da illik müqayisədə 7.6% artım göstərir.

Eyni zamanda, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayına nisbətən 5.2 faiz artıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.4 faiz, qeyri-qida məhsulları üzrə 2.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5.7 faiz təşkil etmişdir. 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.6 faiz təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər