DSK: 2026-cı ilin birinci rübü ərzində ölkədə 23,5 min yeni iş yerləri açılıb

2026-cı ilin birinci rübü ərzində ölkədə 23,5 min yeni iş yerləri açılmışdır.

Banker.az xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlərinin 92,2 faizi qeyri-dövlət sektorunda açılmışdır.

Yeni açılmış iş yerlərinin 75,8 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan iqtisadi rayonunun, 23,1 faizi digər regionların, o cümlədən 7,6 faizi Abşeron-Xızı, 2,7 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Quba-Xaçmaz, 1,8 faizi ŞəkiZaqatala, 1,7 faizi Qarabağ, 1,4 faizi Qazax-Tovuz, 1,2 faizi Mərkəzi Aran, 1,1 faizi Şərqi Zəngəzur, 1,1 faizi Şirvan-Salyan, 1,0 faizi Mil-Muğan, 0,8 faizi Lənkəran-Astara və 0,6 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşmüşdür.

Yeni açılmış iş yerlərinin 18,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 80,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılmışdır.

Son xəbərlər
Digər xəbərlər