Azərbaycan Respublikasının əhalinin hər nəfərinə düşən nominal gəlirləri 2024-cü ilin ilk səkkiz ayında illik müqayisədə 5.6 faiz artıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin adambaşına düşən gəlirlərinin həcmi 5 291.6 manat təşkil edib. Bu da aylıq təqribən 661 manat deməkdir.
Əhalinin nominal ümumi gəlirləri isə illik müqayisədə 6.1 faiz artaraq 53 milyard 947.2 milyon manat təşkil edib.
Əhalinin sayı 2024-cü il 01 avqust vəziyyətinə 10 milyon 204.2 min nəfər olub.
Qeyd edək ki, Azərbaycanda istehlak qiymətləri indeksi avqustda illik 1.3 faiz artıb.