10 C
Baku
Tuesday, November 26, 2024

DSK: Azərbaycanda əhalinin gəlirləri 12.2%, qiymətlər isə 9.4% artıb

2023-cü ilin ilk 11 ayında Azərbaycanda Respublikası əhalisinin adambaşına düşən nominal gəlirləri 6 917.1 manat təşkil edib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da illik müqayisədə hər nəfərinə düşən nominal gəlirlərin 12.2 faiz artması deməkdir.

Əhalinin ümumi nominal gəlirləri 70 milyard 223.5 milyon manat olmaqla illik 13.2 artmış olub.

Qeyd edək ki, Azərbaycanda noyabrda istehlak qiymətləri indeksi (inflyasiya) illik 9.4 faiz təşkil edib. Bu, öncəki oktyabrda 10.2 faiz idi.

2023-cü il 1 oktyabr tarixinə ölkədə 10 milyon 168.4 min nəfər əhali var.

Son xəbərlər
Digər xəbərlər