Azərbaycanda 2026-cı ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 12 milyard 573,8 milyon manat və ya hər nəfərə ayda orta hesabla 612,5 manat olmuşdur.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsini məlumat yayıb.
Bu isə illik müqayisədə əhalinin orta aylıq gəlirləri 5.2% artmış olub.
DSK-nın digər məlumatına görə isə ölkədə ərzaq və xidmətlərin ümumi illik qiymətini ölçən (inflyasiya) isə 5.7 faiz olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artmışdır. 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə orta illik qiymət artımı 5,7 faiz, son bir ayda isə 0,6 faiz təşkil etmişdir.
İlkin məlumatlara görə, əhalinin nominal aylıq gəlirləri yanvarda 631,2 manat olmuşdu.
Əhalinin sərəncamında qalan gəlirləri 10 milyard 910,7 milyon manat təşkil etmişdir. Hər nəfərə düşən sərancamdakə gəlirləri isə illik 4.1% artaraq 531,5 manat olub.





