9 C
Baku
Thursday, December 12, 2024

DSK: Azərbaycanda əhalinin nominal gəlirləri 4.1%, qiymətlər isə 0.8% artıb

Azərbaycan Respublikasının əhalisinin nominal gəlirləri 2024-cü ilin yanvar-fevral ayları ərzində illik müqayisədə 4.7 faiz artaraq 11 milyard 190.3 milyon manata yüksəlib.    

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.

Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 1 098.8 manat olub ki, bu da illik müqayisədə 4.1 faiz artımdır.

DSK-nin iki gün öncə açıqladığı digər məlumata əsasən, ölkədə qida və xidmətləri ölçən istehlakçı qiymətləri indeksi, yəni inflyasiya illik müqayisədə cəmi 0.8% artıb.

Azərbaycanda 1 fevral 2034-cü il tarixinə əhalinin sayı 10 milyon 183.7 min nəfər var.

Son xəbərlər
Digər xəbərlər