21 C
Baku
Saturday, May 4, 2024

DSK: Azərbaycanda bu il 468 xarici müəssisə yaradılıb

2023-cü ilin yanvar-mart ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 2.1 faiz artaraq 2023-cü il aprelin 1-i vəziyyətinə 186693 olmuşdur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin 3 ayında 468 xarici müəssisə (100% xarici  investisiyalı) yaradılıb, 14-i isə ləğv edilib. 01.04.2023-cü il vəziyyətinə statistik vahidlərin sayı isə xarici müəssisələrin sayı 16917 təşkil edib.

2023-cü ilin yanvar-mart ayları ərzində yeni yaradılmış statistik vahidlərin 98.9 faizi xüsusi mülkiyyətli (o cümlədən 11.6 faizi tam xarici investisiyalı, 1 faizi birgə mülkiyyətli) müəssisələrin payına düşür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər