13 C
Baku
Friday, November 22, 2024

DSK: Azərbaycanda dövlət qulluqçularının orta maaşı 1 274 manat olub

2022-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26.7 min nəfər olmuşdur ki, onların da 28 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 6.8 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 3.4 faizi 4-cü təsnifatı, 11.6 faizi 5-ci təsnifatı, 8.8 faizi 6-cı təsnifatı, 48.4 faizi 7-ci təsnifatı, 21 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.

Banker.az DSK-ya istinadən xəbər verir ki, dövlət qulluqçularının 7 faizi 1 ilədək, 23.1 faizi 1 ildən 5 ilədək, 25.9 faizi 5 ildən 10 ilədək, 17.2 faizi 10 ildən 15 ilədək, 26.8 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2.5 faizini 25 yaşadək, 13.3 faizini 25-29 yaşda, 17.3 faizini 30-34 yaşda, 15.1 faizini 35-39 yaşda, 12.2 faizini 40-44 yaşda, 9.3 faizini 45-49 yaşda, 8.7 faizini 50-54 yaşda, 10.4 faizini 55-59 yaşda, 9.6 faizini 60-64 yaşda, 1.6 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2021-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4.8 faiz artaraq 1274.1 manat təşkil edib. 2020-ci ildə isə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 18.9 faiz artaraq 1215.5 manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər