-3 C
Baku
Sunday, December 15, 2024

DSK: Azərbaycanda işsizlik səviyyəsi 5.4%-in altına düşüb

İlkin məlumatlara əsasən, 2024-cü il avqustun 1-i vəziyyətinə Azərbaycanda 283.7 min işsiz var.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bununla da işsizlik səviyyəsi iyunda 5.38% olduğu halda, iyulun sonuna 5.36%-ə düşüb. Bununla belə yuvarlaq 5.4% olması səbəbindən maydan bu tərəfə sabit kimi qalır.

Hesabat tarixinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 288.9 min nəfər olub və onlardan 5 milyon 5.2 min nəfərini məşğul əhali təşkil edib.

Cari il iyulun 1-i vəziyyətinə görə, muzdla çalışan işçilərin sayı 1760.8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887.5 min nəfər, qeyri-dövlət sektorunda isə 873.3 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1729.0 min nəfər çalışmışdır.dtytry

Son xəbərlər
Digər xəbərlər