Azərbaycanda işsizlik səviyyəsi 5.5% səviyyəsindən aşağı düşüb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2023-cü ilin oktyabrın 1-nə ölkədə işsizlik səviyyəsi 5.48% təşkil edib və bu bir ay öncəki 5.51% səviyyəsindən aşağı düşmüş sayılır. Cari ilin əvvəlinsə isə işsizlik səviyyəsi 6%-ə yaxın idi.
İlkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 244.5 min nəfər olmuş. onlardan 4 milyon 957.1 min nəfərini məşğul əhali təşkil etmişdir.
Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 706.6 min nəfər. o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887.7 min nəfər. qeyri-dövlət sektorunda isə 818.9 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.5 min nəfər. qeyri neft-qaz sektorunda isə 1 milyon 675.1 min nəfər çalışmışdır.