2019-cu ildə Azərbaycanda 642 mehmanxana müəssisəsi qeydiyyatdan keçib. 2018-ci ildə isə bu göstərici 596 olub. Belə ki, illik müqayisədə 2019-cu ildə Azərbaycanda 46 yeni otel yaradılıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ölkədə qeydiyyatdan keçən 642 oteldən 203-ü Bakıda yaradılıb. 2018-ci ilin müvafiq dövrüylə müqayisədə 2019-cu ildə Bakıda 32 otel yaradılıb.
Qeyd edək ki, 2019-cu ildə Mehmanxanalarda eyni vaxtda əhalinin yerləşə biləcəyi 24 min nömrə var. 2018-ci ildə isə nömrələrin sayı 22,2 min olub.