17 C
Baku
Sunday, May 12, 2024

DSK deyir ki, Azərbaycanda işsizlik səviyyəsi son ayda azalaraq 5.63%-ə düşüb

2022-ci il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 356.1 min nəfər olmuş, onlardan 5 milyon 054.6 min nəfərini məşğul əhali təşkil edib.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Beləliklə, işsizlərin sayı daha 400 nəfər ətrafında azalmaqla 301.5 nəfərə düşüb ki, bu da ölkədə işsizlik səviyyəssinin 5.63 faiz olması deməkdir. Bu ilin əvvəlində 5.95%, bir ay öncə isə 5.64% təşkil edirdi.

23424234234324232342344432

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs.

DSK deyir ki, cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 729.3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 900.4 min nəfər, qeyri-dövlət sektorunda isə 828.9 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 697.6 min nəfər çalışıb.

2022-ci il noyabr ayının 1-i vəziyyətinə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı (min nəfər)

İqtisadi fəaliyyət növləri Cəmi O cümlədən
dövlət qeyri-dövlət
Ölkə üzrə – cəmi      1,729.3         900.4         828.9
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq            62.8           25.3           37.5
Mədənçıxarma sənayesi            33.1           11.6           21.5
Emal sənayesi          129.4           17.2         112.2
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı            26.1           25.6              0.5
Su təchizatı, tullantıların təmizlənməsi və emalı            33.3           30.2              3.1
Tikinti          126.6           25.7         100.9
Ticarət; nəqliyyat vasitələrinin təmiri          321.2              2.3         318.9
Nəqliyyat və anbar təsərrüfatı            74.1           43.8           30.3
Turistlərin yerləşdirilməsi və ictimai iaşə            33.3              1.4           31.9
İnformasiya və rabitə            31.1           14.1           17.0
Maliyyə və sığorta fəaliyyəti            34.3              6.8           27.5
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar            17.0              5.5           11.5
Peşə, elmi və texniki fəaliyyət            60.0           31.2           28.8
İnzibati və yardımçı xidmətlərin göstərilməsi            87.5           66.5           21.0
Dövlət idarəetməsi və müdafiə; sosial təminat          111.8         106.3              5.5
Təhsil          332.6         318.8           13.8
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi          141.4         116.6           24.8
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət            53.6           48.7              4.9
Digər sahələrdə xidmətlərin göstərilməsi            20.1              2.8           17.3
Son xəbərlər
 ⁠
Digər xəbərlər