28 C
Baku
Saturday, July 27, 2024

DSK: Əhalinin gəlirləri cari ilin ilk rübündə 4.5%, qiymətlər isə 0.4% artıb

Azərbaycan Respublikasında əhalinin nominal gəlirləri 2024-cü ilin I rübündə illik 5 faiz artaraq 19 mlrd. 408.1 manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əhalinin hər nəfərinə düşən nominal gəlirlər illik 4.5 faiz artaraq 1 905.4 manat təşkil edib.

2024-cü il 01 mart vəziyyətinə görə əhalinin sayı 10 milyon 187.5 min nəfər olub.

2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 0.4 faiz artım, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 1.1 faiz azalma, qeyri-qida məhsulları üzrə 1.1 faiz artım, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2.2 faiz artım olub.

243242342342423

Son xəbərlər
Digər xəbərlər