12 C
Baku
Monday, November 18, 2024

DSK: Əhalinin gəlirləri 5.6% artıb

Azərbaycanda 2024-cü ilin ilk 10 ayında əhalinin hər nəfərinə düşən nominal gəlirlər illik müqayisədə 5.6 faiz yüksələrək 6 039.2 manat olub.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Keçən ay istehlak qiymətləri indeksi və ya inflyasiya illik müqayisədə 3.5 faizdə sabit qalıb.

Əhalinin nominal gəlirləri isə illik müqayisədə 6.1 faiz 61 milyard 587 milyon manata yüksəlib.

Əhalinin sayı 2024-cü il 01 sentyabr vəziyyətinə 10 milyon 214,4 min nəfər olub və əhali 48 milyard 343 milyon manat pərakəndə ticarətdə xərc çəkib.

Son xəbərlər
Digər xəbərlər