18 C
Baku
Friday, November 14, 2025

DSK: Əhalinin gəlirləri 7.7%, qiymətlər 5.9% və pərakəndə xərclər isə 3.8% artıb

Azərbaycanda 2025-ci ilin ilk 10 ayında əhalinin hər nəfərinə düşən nominal gəlirlər illik müqayisədə 7.7 faiz artarkən, ölkədə qiymətləri ölçən istehlak qiymətləri indeksi illik 5.9 faiz artım göstərib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Adambaşına düşən nominal gəlirlərin həcmi 7 196.8 manat olub. Əhalinin ümumi nominal gəlirləri isə 8.1 faiz artımla 73 milyard 705,9 milyon manat təşkil edib.

DSK-nin digər açıqladığı məlumatda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə  illik 8,2 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artım etdiyini bildirir.

2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz təşkil edib.

Əhalinin sayı, 2025-ci il 01 oktyabr vəziyyətinə 10 milyon 253,6 min nəfər olub. Əhalinin xərclərini göstərən əsas indikator pərakəndə ticarət dövriyyəsi isə illik 3.8% artaraq 52 milyard 615,7 milyon manata yüksəlib.

2025-ci ilin oktyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,8 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz təşkil  artım edib.

Son xəbərlər
Digər xəbərlər