DSK: Əhalinin nominal gəlirləri 9.4%, qiymətlər isə 5.7% artıb

Azərbaycanda əhalinin nominal gəlirləri 2026-cı ilin yanvar-avqust aylarında 63 milyard 511,3 milyon manat təşkil edib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% artıb. Artım tempi 2026-cı ilin yanvar-iyul aylarında qeydə alınan 9,8%-lik göstəricidən bir qədər aşağı olub.

Orta aylıq nominal əməkhaqqı 2026-cı ilin yanvar-iyul aylarında 1 176,7 manat təşkil edib. Əməkhaqqı illik müqayisədə 7,2% artıb. Bu göstərici yanvar-iyul aylarında 7% təşkil edib.

İstehlak qiymətləri indeksi ilə ölçülən inflyasiya 2026-cı ilin yanvar-avqust aylarında 5,7% olmaqla öncəki aydakı kimi sabit qalıb. Beləliklə, nominal gəlirlərin artımı inflyasiya tempini 3,7 faiz bəndi üstələyib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər