15 C
Baku
Monday, March 17, 2025

DSK: fevralda əhalinin gəlirləri 5.9%, qiymətlər isə 5.4% artıb

2025-ci ilin ilk iki ayının yekunlarına əsasən, Azərbaycan əhalisinin nominal gəlirləri 11 milyard 907.1 milyon manat təşkil edib.

Banker.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artım deməkdir.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə 1 164.2 manat olub və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.9 faiz çoxdur.

Ölkədə nəqliyyat qiymətindən ərzaq qiymətini ölçən istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5.4 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər