Azərbaycanda 2025-ci ilin ilk beş ayında hər nəfərə düşən nominal gəlir 3 332.9 manat olub ki, bu da illik müqayisədə 6,4% artım deməkdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat müddətində, əhalinin nominal gəlirləri 34.1 milyard manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% artım deməkdir.
Lakin eyni dövrdə inflyasiya səviyyəsi 6,3% təşkil etdiyindən, gəlirlərin real artımı ya çox cüzi olub.
Əhalinin banklardakı əmanətləri isə illik 10% artaraq 14.85 milyard manata yüksəlib. Orta aylıq əməkhaqqı 1 100.6 manat təşkil edib ki, bu da ötən ilə nisbətən 10% çoxdur.
Əhalinin sayı 10 milyon 236.2 min nəfərə çatmaqla illik 0.4% artım edib. Pərakəndə ticarət dövriyyəsi 23.34 milyard manat olub və 3.8% artım qeydə alınıb.