9 C
Baku
Friday, December 13, 2024

DSK: işsizlik səviyyəsi fevralda dəyişməz qalıb – 287 min işsiz var

Azərbaycanda 2024-cü il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 250.9 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.

Bildirilir ki, onlardan 4 milyon 964.1 min nəfərini məşğul əhali təşkil edib.

İşsiz əhalinin sayı isə 286.8 min nəfər təşkil edib. Bununla belə, işsizlik səviyyəsi öncəki ayda da olduğu kimi 5.46%-də sabit qalıb.

Cari il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 725.1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901.7 min nəfər, qeyri-dövlət sektorunda isə 823.4 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 693.7 min nəfər çalışıb.

2 1

Son xəbərlər
Digər xəbərlər