DSK: Naxçıvan MR-da cəmi 76 işsiz var

2020-ci ilin yanvar ayının 1-nə ölkədə işsiz şəxslərin sayı 81,3 min nəfər olub. Onların 37,7 %-ni qadınlar təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ölkədə ən çox işsiz şəxslər Bakı (26,3 min nəfər), Gəncə-Qazax iqtisadi rayonu (13,8 min nəfər), Aran iqtisadi rayonu (13,6 min nəfər) dur.

Ən az işsiz isə cəmi 76 nəfər olmaqla Naxçıvan Muxtar Respublikasındadır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları