8 C
Baku
Monday, November 18, 2024

DSK: Naxçıvanın 254 min iqtisadi fəal əhalisinin cəmi 300 nəfəri işsizdir

Naxçıvan Muxtar Respublikasında işsiz əhalinin sayı 1 yanvar 2022-ci il tarixinə 300 nəfər ətrafındadır.

Bunu Banker.az Dövlət Statistika Komitəsinin açıqlamasına istinadən xəbər verir.

DSK-nin açıqlamasında görə, muxtar respublikada 253.7 nəfər iqtisadi fəal əhali var və bunun cəmi 300 nəfəri işsizdir.

İqtisadiyyatda çalışan əhalinin sayı isə 253.4 min nəfərdir.

Bu da o deməkdir ki, Naxçıvan MR-də işsizlik səviyyəsi 0.1% olub. Respublika üzrə isə işsizlik 6% təşkil edirdi.

Muxtar respublikada isə orta aylıq əmək haqqı 2015-2021-ci illərdə belə olub:

  • 2015: 399,7 manat
  • 2017: 420,1 manat
  • 2018: 433,0 manat
  • 2019: 484,2 manat
  • 2020: 535,0 manat
  • 2021: 553,6 manat

1 1 2a 3113131312 2 3

 

 

 

Son xəbərlər
Digər xəbərlər