13 C
Baku
Monday, May 20, 2024

DSK: Ölkədə qiymətlər 13.5% artdığı halda, əhalinin nominal gəlirləri 14.3% artıb

Azərbaycan Respublikasının əhalisinin 2023-cü ilin ilk dörd ayında nominal gəlirləri illik müqayisədə 15.2% artıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirib.

Əhalinin nominal gəlirləri 23 mlrd. 549.5 mln. manat olub.

Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 2 323.6 manat olmaqla öncəki ildən cəmi 14.3% çoxdur.

 

Xatırladaq ki, 2023-cü ilin ilk dörd ayında Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin indeksi ortalama 13.5% artıb.  2023-cü ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 15.1% (qida isə 17.2%) təşkil etmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər