17 C
Baku
Tuesday, October 14, 2025

DSK: Ölkədə əhalinin gəliri 7.2%, qiymətlər isə 5.7% yüksəlib

Azərbaycan Respublikasının 2025-ci ilin ilk üç rübündə hər adama düşən nominal gəlirlər 6 471,8 manat olub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 7.2 faiz artımdır.

Əhalinin nominal gəlirləri ilk doqquz ayda 66 milyard 267,3 milyon manat olub ki, illik müqayisədə 7,6 faiz artımdır.

Bununla belə, DSK-nin dünən açıqladığı digər açıqlamada isə ərzaqdan xidmət sektoruna qədər qiymətləri ölçən istehlak qiymətlərinin indeksi sentyabrda illik müqayisədə 4.9 faizdən 5.7 faizə qalxıb.

Pərakəndə ticarət dövriyyəsi 3.7 faiz artımla 46 milyard 422,8 milyon manata qalxıb.

1 sentyabr tarixinə ölkə əhalisinin sayı illik müqayisədə 0.4 faiz artımla 10 milyon 249,5 min nəfərə yüksəlib.232321

Son xəbərlər
Digər xəbərlər