10 C
Baku
Tuesday, November 26, 2024

DSK: Ölkədə əhalinin gəlirləri 5.3 faiz, qiymətlər isə 2.7 faiz artıb

Azərbaycan Respublikası əhalisinin hər nəfərinə düşən nominal gəlirlər 2024-cü ilin yanvar-iyul ayları ərzində 4 625 manat olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da illik müqayisədə adambaşına düşən gəlirlərin 5.3 faiz artımı deməkdir. Qeyd edək ki, Azərbaycanda orta illik inflyasiya iyulda 1 faiz, illik inflyasiya isə 2.7 faiz təşkil edib.

Əhalinin nominal gəlirləri illik müqayisədə 5.8% artaraq 47 milyard 138.9 milyon manata yüksəlib.

2024-cü il 01 iyul vəziyyətinə görə, əhalinin sayı 10  milyon 200 min nəfər olub. Əhali ilin ilk 7 ayında 32 milyard 263.8 milyon manat pərakəndə ticarət edib ki, bu da illik 3.4 faiz artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər