10 C
Baku
Saturday, November 23, 2024

DSK: Ölkədə orta aylıq əməkhaqqı ₼916.8-ə yüksəlib

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11.5 faiz artaraq 921.9 manat olub. Ötən ay bu rəqəm 916.8 manat idi. Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

2023-cü il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5.5 min nəfər və ya 0.3 faiz artaraq 1725.5 min nəfər olmuş, onlardan 894.2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 831.3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19.0 faizi təhsil, 18.8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13.0 faizi sənaye, 8.4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6.3 faizi tikinti, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.6 faizi peşə, elmi və texniki fəaliyyət, 2.1 faizi maliyyə və sığorta fəaliyyəti, 14.5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Son xəbərlər
Digər xəbərlər