9 C
Baku
Thursday, December 12, 2024

DSK: Ötən ay Azərbaycanda işsizlik səviyyəsi 5.46% olub

2024-cü il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 mln. 250.2 min nəfər olub ki, onlardan da 4 mln. 963.5 min nəfərini məşğul əhali təşkil edib.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən daxil olan məlumatda qeyd edilir.

Beləliklə, dekabrda 286.4 min nəfər işsiz əhali olduğu halda, bu rəqəm yanvarda 286.7 min nəfərə yüksəlib.

DSK-nin bu göstəricilərini nəzərə alsaq, işsizlik səviyyəsi yuvarlaq olaraq yanvarda da 5.46% təşkil edib. İşsizlik səviyyəsi sonuncu dəfə 2023-cü ilin noyabrında 1 baza bəndi düşüb. Bu göstərici oktyabrda 5.47% idi.

5677777

DSK bildirir ki, bu il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1 mln. 741.8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899.1 min nəfər, qeyri-dövlət sektorunda isə 842.7 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 31.4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 mln. 710.4 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22.9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.4 faizi emal sənayesində, 6.5 faizi tikintidə, 3.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2.0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.9 faizi mədənçıxarma sənayesində, 1.7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

 

Son xəbərlər
Digər xəbərlər