Azərbaycanın Dövlət Statistika Komitəsi açıqlayıb ki, ölkədə işsizlik səviyyəsi sentyabrda daha da azalıb və 2020-ci ilin ilk rübündəki pandemiyadan öncəki dönəminə yaxınlaşıb
Banker.az-ın rəsmi rəqəmlərə istinadən xəbərinə görə, ölkədə işsizlik səviyyəsi sentyabrda 5.70 faizdən 5.65 faizə düşüb. Söhbət 1 oktyabr 2022-ci il tarixinə olan statistikadan gedir.
DSK açıqlayır ki, 2022-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 351.3 min nəfər olmuş, onlardan 5 milyon 049.2 min nəfərini məşğul əhali təşkil edib.
Bu da ölkədə işsizlərin sayının 304.6 mindən 302.1 min nəfərə düşməsidir ki, sentyabrda, işsizlər 2.5 min, yaxud 0.8 faiz azalıb.
Qeyd edilir ki, cari ayın əvvəlinə olan vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 714.5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 894.5 min nəfər, qeyri-dövlət sektorunda isə 820 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 683 min nəfər çalışmışdır.
Ölkədə işsizlik pandemiyadan sonra 2021-ci ilin fevralında 7.16 faizə çatmışdı. 2021-ci ilin mayında işsizlik səviyyəsi 7 faizin altına, sentyabrda isə 6 faizin altına düşmüşdü. Sonuncu dəfə işsizlik səviyyəsi 1 aprel 2020-ci il tarixdə 5.17 faiz idi.
2022-ci il sentyabr ayının 1-i vəziyyətinə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı (min nəfər) |
|||
İqtisadi fəaliyyət növləri |
Cəmi |
o cümlədən |
|
dövlət |
qeyri- dövlət |
||
Ölkə üzrə – cəmi |
1,714.50 |
894.50 |
820.00 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
60.80 |
25.30 |
35.50 |
Mədənçıxarma sənayesi |
32.90 |
11.60 |
21.30 |
Emal sənayesi |
126.00 |
16.90 |
109.10 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
26.00 |
25.50 |
0.50 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
33.30 |
30.20 |
3.10 |
Tikinti |
128.50 |
25.70 |
102.80 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri |
321.50 |
2.30 |
319.20 |
Nəqliyyat və anbar təsərrüfatı |
73.50 |
44.00 |
29.50 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
33.50 |
1.30 |
32.20 |
İnformasiya və rabitə |
30.90 |
14.20 |
16.70 |
Maliyyə və sığorta fəaliyyəti |
33.80 |
6.80 |
27.00 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
16.70 |
5.50 |
11.20 |
Peşə, elmi və texniki fəaliyyət |
59.30 |
31.50 |
27.80 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
87.90 |
66.80 |
21.10 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
112.10 |
106.60 |
5.50 |
Təhsil |
324.90 |
313.50 |
11.40 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
140.10 |
115.50 |
24.60 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
53.40 |
48.60 |
4.80 |
Digər sahələrdə xidmətlərin göstərilməsi |
19.40 |
2.70 |
16.70 |
İşsizliyin səviyyəsi- (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) -işsizliyin tərifi müəyyən dövr ərzində işi olmayan, lakin işləməyə hazır olan və muzdla və ya özüməşğulluq üzrə iş axtarmaq üçün konkret addımlar atan adamların hamısını əhatə edir. İşçi qüvvəsi işə malik olan, həmçinin müəyyən dövr ərzində işə malik olmayan adamları özündə birləşdirir.
Məşğulluq – bu, konkret hesabat dövründə bu və ya digər gəlir gətirən iqtisadi fəaliyyət növündə iştirak edən və ya müvəqqəti olaraq iştirak etməyən adamdır. İqtisadi fəallıq haqqı ödənilməklə və ya gəlir əldə etmək məqsədi ilə, yaxud şəxsi ev təsərrüfatında istifadə üçün mal və xidmətlərin istehsalını əhatə edir.