10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

DSK: Son bir ayda Azərbaycanda orta aylıq əməkhaqqı 16 manatdan çox azalıb

2021-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43.4 min nəfər və ya 2.6 faiz artaraq 1684.4 min nəfər olmuş, onlardan 915.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 769.1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19.6 faizi təhsil, 18.5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12.7 faizi sənaye, 8.3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7.5 faizi tikinti, 6.7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.4 faizi peşə, elmi və texniki fəaliyyət, 1.7 faizi maliyyə və sığorta fəaliyyəti, 13.6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2021-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz azalaraq 690.9 manat olmuşdur. 2020-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 707.3 manat təşkil etmişdir. Belə ki, aylıq müqayisədə orta aylıq əməkhaqqı 16.4 manat azalıb.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Son xəbərlər
Oxşar xəbərlər