10 C
Baku
Friday, December 13, 2024

DSK: Son bir ayda orta aylıq əməkhaqqı 32 manatdan çox artıb

2020-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,9 faiz artaraq 744,5 manat olub.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən daxil olan məlumatda deyilir.

Qeyd edək ki, yanvar-fevral ayları ərzində Azərbaycanda orta aylıq əmək haqqı 712,3 manat idi. Bu da son bir ayda 32,2 manat artması deməkdir.

“İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur”- deyə açıqlamada deyilir.

Son xəbərlər
Digər xəbərlər