Azərbaycanda “yaşıl iqtisadiyyat” üzrə statistik məlumatlar hazırlanacaq.
Bunu Dövlət Statistika Komitəsinin (DSK) sədrinin müavini Yusif Yusifov bildirib.
Onun sözlərinə görə, yaxın 2-3 ildə sahənin böyük əksəriyyəti üzrə statistik məlumatların yayımlanması gözlənilir: “Azərbaycanın “yaşıl iqtisadiyyat”la bağlı statistik göstəriciləri mərhələli şəkildə toplanır və 2024-cü ildə bu göstəricilər sistemi təsdiq olunub”.
Y. Yusifov əlavə edib ki, məlumatların toplanılması zamanı əsas mənbələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər sosial-iqtisadi sahə üzrə dövlət qurumlarıdır: “Toplanan məlumatlar emal edilərək istifadəçilərə təqdim olunacaq”.
Mənbə REPORT