Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi “Bakı Avrasiya Universiteti” ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 472.590 manatdır.