Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Aistgruop” MMC-ni server avadanlıqlarının satın alınmasına, fond tərəfindən həyata keçirilən elektron xidmətlərə, informasiya ehtiyatlarına və sistemlərinə dəstəyin göstərilməsinə cəlb edib.
Banker.az-ın əldə etdiyi məlumata görə, DSMF “Aistgruop” MMC ilə server avadanlıqlarına, fond tərəfindən həyata keçirilən elektron xidmətlərə, informasiya ehtiyatlarına və sistemlərinə dəstəyin göstərilməsi haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 1 mln. 217,76 min manat təşkil edir.*