22 C
Baku
Tuesday, May 27, 2025

DSMF-də yeni təyinatlar oldu

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Şahin İbrahim oğlu Əliyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini təyin olunub.

Banker.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Məlumata əsasən o, hazırkı vəzifəsinə qədər Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru olub.

Həmçinin DSMF sədrinin əmrləri ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Ağasən oğlu Məmmədov vəzifəsindən azad edilərək Fondun icraçı direktoru, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Fuad Ceyhun oğlu Zalıyev isə vəzifəsindən azad edilərək həmin Filialın direktoru təyin ediliblər.

Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru vəzifəsinə isə Aqşin Yusif oğlu Əlizadə təyin olunub. O, hazırkı vəzifəsinə qədər Nazirliyin tabeliyində DOST Agentliyinin Daxili nəzarət və audit departamentinin müdir müavini işləyib.

Son xəbərlər
Digər xəbərlər