2026-cı ilin yanvar–iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 430,8 milyon manat və ya 9,8% artaraq 4 milyard 810,8 milyon manata çatıb.
Banker.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə Fondun ümumi xərclərinin 97,1%-ni əhaliyə ödənişlər təşkil edib.
Müqayisə üçün, 2025-ci ilin yanvar–iyul aylarında DSMF-nin xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 375 milyon manat və ya 9,4% artaraq 4 milyard 380 milyon manat olmuşdu.
Beləliklə, bu ilin ilk 7 ayında DSMF xərclərinin artım tempi ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz bəndi yüksəlib. Eyni zamanda, xərclərin nominal artımı da 2025-ci ilin ilk 7 ayındakı 375 milyon manatdan 430,8 milyon manata yüksəlib.
2026-cı il üçün DSMF-nin ümumi xərcləri 8 milyard 483,1 milyon manat müəyyən edilib. Fondun ilin ilk 7 ayında 4,81 milyard manat xərcləməsi illik xərc planının təxminən 56,7%-i deməkdir.
2026-cı il büdcəsində əhaliyə ödənişlər üçün 8 milyard 196,45 milyon manat nəzərdə tutulub. Bu məbləğ DSMF-nin ümumi xərclərinin 96,6%-nə bərabərdir.







