Avqust ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 40.1% artıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan Banker.az-a verilən məlumatda deyilir.
Fondun məlumatına əsasən, ötən ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 263.7 manat idisə, avqust ayında bu məbləğ artaraq 369.4 manat təşkil edib.