9 C
Baku
Friday, December 13, 2024

DSMF-in gəlirləri 4 mlrd. manata yaxınlaşıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 7.6% və ya 267 mln. manat çox olmaqla 3 mlrd. 780 mln. manat təşkil edib.

Bu barədə Banker.az-a DSMF-dən məlumat verilib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-avqust aylarında proqnoza nisbətən 2.8% və ya 81 mln. manat artaraq 2 mlrd. 948 mln. manat olub.

DSMF-in son 8 ayda xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 6.2% və ya 202 mln. manat artaraq 3 mlrd. 467 mln. manata çatıb.

Son xəbərlər
Digər xəbərlər