“Rabitəbank” ASC Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında məhkəmə çəkişməsi davam edir.
Öncədən məlumat verək ki, cari ilin martın 4-də “Rabitəbank” Bakı İqtisadi Məhkəməsinə müraciət edərək, “çıxarışın və texniki pasportun verilməsi” ilə bağlı DSMF-in 1 saylı Bakı Ərazi şöbəsindən tələb etmişdi. Məhkəmənin isə bu tələbin təmin edilməsi, DSMF-in 1 saylı Bakı Ərazi şöbəsini razı salmayıb.
DSMF şöbəsi bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məsələyə yaxın günlərdə BAM-da baxılacaq.
Əldə olunan məlumata görə, bu məhkəmədə üçüncü şəxs kimi Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan “Meqa Siti Holdinq” MMC də cəlb edilib. Xatırladaq ki, ötən ilin martında yayılan məlumatda deyilirdi ki, “Meqa Siti Holdinq” şirkətinin təsisçisi Aqil Qədirov direktoru Elnur Adil oğlu Məmmədov saxtakarlıq səbəbindən həbs edilib.