Dövlət Sosial Müdafiə Fondunun xərcləri bu ilin yanvar-aprel aylarında 1 mlrd. 767 mln. manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz və ya 101 mln. manat çoxdur.
Bu barədə Banker.az-a Fonddan məlumat verilib.
Fonddan bildirilir ki, xərclərin artmasının əsasında pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım üzrə ödənişlərin mütəmadi artımı, sosial təminat sisteminin əhatə dairəsinin mütəmadi genişlənməsi dayanır.