DSMF bank xidmətləri üçün iki bankla 51,5 milyon manatdan çox dəyərində müqavilə bağladı.
Banker.az xəbər verir ki, “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən əmək haqlarının, eləcə də fond tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada həyata keçirilməsi məqsədilə bank xidmətlərinin satın alınması üzrə müsabiqənin nəticələri açıqlanıb.
Məlumata görə, müsabiqənin qaliblərindən biri Azərbaycan Beynəlxalq Bankı olub. Bankla bağlanan müqavilənin dəyəri 23 573 003 manat təşkil edir.
Eyni məqsədlə digər müqavilə isə Kapital Bank ilə imzalanıb. Bu müqavilənin məbləği 28 015 690 manat təşkil edir.
Beləliklə, DSMF tərəfindən bank xidmətlərinin satın alınması üçün hər iki bankla bağlanan müqavilələrin ümumi dəyəri 51 588 694 manat olub.





