Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilərək I oxunuşda qəbul olunub.
Sənədi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Daha sonra qanuna dəyişiklik layihəsi barədə deputatlar çıxış ediblər.
Sonda sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.