5 C
Baku
Saturday, December 14, 2024

DSMF-nin büdcəsinin gəlirləri və xərcləri artırıldı

Prezident İlham Əliyev “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanunda edilən dəyişiklikləri təsdiqləyib.

Banker.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 606 269 569,0 manat, xərcləri 5 606 269 569,0 manat məbləğində təsdiq edilib.

Qanuna əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri olaraq müəyyən edilmiş göstərici 299 499 497,0 manat artırılaraq 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslılığı prinsipi gözlənilməklə onun büdcəsinin xərcləri isə eyni həcmdə artırılmaqla 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata çatdırılıb.

Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 5,6 faiz artırılır.

Son xəbərlər
Digər xəbərlər