Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 4.0 milyon manat (0.1 faiz) artırılmaqla 6268 milyon manat təşkil edəcəkdir.
Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5 milyon manat (2.4 faiz) artırılmaqla 217.7 milyon manat təşkil edəcəkdir.