27 C
Baku
Saturday, July 27, 2024

DSMF-nin gəlir və xərcləri açıqlanıb

Bu il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərclərinin icrası vaxtında təmin edilib.

Bunu DSMF-nin sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

Belə ki, bu ilin yanvar-iyun aylarında Fondun gəlirləri 3 milyard 270.7 milyon manat olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16.6 % çoxdur.

O bildirib ki, hesabat dövründə Fondun xərcləri 3 milyard 009.4 milyon manat olub: “Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.2 % artıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər