Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərcləri artırılır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət sosial müdafiə fondunun büdcəsinin gəlirlərinin 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata, xərclərinin də müvafiq olaraq 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata qaldırılması təklif edilir.