Dövlət Sosial Müdafiə Fondunun investisiya fəaliyyətləri üçün müvafiq İnvestisiya Şurası və İnvestisiya Komitəsi yaradılıb.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin l yarımilliyində görülmüş işlərə, yeniliklərə və qarşıdakı hədəflərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, artıq Şuranın və Komitənin əsasnamələri təsdiq edilib, iclasları keçirilib:
“Cari ildə investisiya fəaliyyətləri həyata keçiriləcək və ilin yekunlarına dair hesabatda investisiya portfeli haqda ətraflı məlumat veriləcək”.