2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) proqnozlaşdırılan gəlirləri 5726.4 milyon manat hesablanıb.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
Bu isə 2021-ci ilin göstəricisi ilə müqayisədə 548.8 milyon manat və ya 10.6% çoxdur.
Büdcə təşkilatları üzrə gəlirlər 21.7% artaraq 1695.5 milyon manat, qeyri-büdcə təşkilatları üzrə 17.5% artaraq 2885.0 milyon, transfertlər 8.1% artaraq 1132.0 milyon manat təşkil edib.