22 C
Baku
Friday, September 20, 2024

DSMF-nin xərcləri 15% artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci rübündə proqnozla müqayisədə 7 faiz və ya 100 mln. manat çox olmaqla 1 mlrd. 561 mln. manat təşkil edib.

Nazirlikdən verilən xəbərə görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-mart aylarında proqnoza nisbətən 9 faiz və ya 101 mln. manat artaraq 1 mlrd. 192 mln. manat olub.

Son 3 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 194 mln. manat artaraq 1 mlrd. 494 mln. manata çatıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər