Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun xərclərində artım əsasən əmək pensiyalarının maliyyələşdirilməsi üzrə proqnozlaşdırılıb ki, bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ilə bağlı dövlət siyasətinin, eləcə də həyata keçirilmiş sığorta ödənişləri qarşılığında öhdəliklərin müvəffəqiyyətlə reallaşdırılması üçün əsaslı maliyyə zəminini formalaşdırır.
Bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə dərc edilən rəyində deyilir.
Qeyd edilib ki, növbəti ildə Fondun xərcləri gəlirlərinə bərabər tutulmaqla cari ilin təsdiq edilmiş proqnoz göstəricisindən 657.7 mln. manat və ya 11.7%, gözlənilən icrasından isə 927.3 mln. manat və ya 17.4% çox nəzərdə tutulub.
Ümumilikdə növbəti il Fondun cəmi xərclərinin 6 milyard 263.97 milyon manat məbləğində proqnozlaşdırılır. 2022-ci il üzrə isə bu xərclər 5 milyard 606.27 milyon manat proqnozlaşdırlıb.