Bu ilin 7 ayı ərzində pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 3 mlrd. 823 mln. manat vəsait ödənilib.
Bu barədə Banker.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Fonddan bildirilir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 9.3% və ya 324.3 mln. manat çoxdur.